AZ

Uşaqların hüquqları və təhlükəsizliyi hər bir cəmiyyətin prioritetidir ŞƏRH

Bakı, 1 iyun, AZƏRTAC

Hər bir uşaq cəmiyyətin ən dəyərli sərvəti, dövlətlərin gələcəyi, ailələrin ümididir. Sağlam, təhlükəsiz, savadlı və xoşbəxt uşaqlar olmadan güclü cəmiyyətin formalaşması mümkün deyil. Məhz bu səbəbdən hər il qeyd olunan 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü yalnız bayram xarakteri daşımır, eyni zamanda, uşaqların hüquqlarının qorunması, onların təhlükəsizliyinin təmin edilməsi və rifahının yüksəldilməsi istiqamətində dünya ictimaiyyətinə mühüm çağırışdır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Kimsəsiz uşaqların sosial müdafiəsi” İctimai Birliyinin təsisçisi və sədri Lamiyə İsazadə deyib.

O qeyd edib ki, uşaqların müdafiəsi dedikdə yalnız onların fiziki təhlükəsizliyi nəzərdə tutulmur. Bu anlayış uşaqların yaşamaq, təhsil almaq, sağlam böyümək, sevgi və qayğı ilə əhatə olunmaq, zorakılıqdan, ayrı-seçkilikdən, istismardan və laqeyd münasibətdən qorunmaq hüquqlarını özündə birləşdirir. Hər bir uşağın təhlükəsiz mühitdə böyüməsi onun fundamental hüququdur. Müasir dövrdə uşaqların təhlükəsizliyi daha geniş məna daşıyır. Ənənəvi risklərlə yanaşı, rəqəmsal mühitdə yaranan təhlükələr, kibertəhdidlər, sosial şəbəkələrin mənfi təsirləri, internet zorakılığı və informasiya təhlükəsizliyi məsələləri də xüsusi aktuallıq qazanıb. Buna görə ailələr, məktəblər, dövlət qurumları və cəmiyyət birlikdə uşaqların həm real, həm də virtual mühitdə təhlükəsizliyini təmin etməlidirlər. Uşaqların hüquqlarının qorunması inkişaf etmiş və humanist cəmiyyətin əsas göstəricilərindən biridir. Təhsil hüququ, tibbi xidmətə çıxış, sosial təminat, sərbəst fikir ifadə etmək imkanı, bərabər münasibət və inklüziv inkişaf hər bir uşağın malik olduğu vacib hüquqlardandır. Xüsusilə həssas qrupa aid olan uşaqlar, əlilliyi olan, valideyn himayəsindən məhrum qalan, münaqişələrdən zərər çəkən və sosial risk altında yaşayan uşaqların müdafiəsi daha böyük diqqət tələb edir.

“Bildiyimiz kimi, hər bir uşağın inkişafında ailənin rolu əvəzsizdir. Ailə uşağın ilk məktəbi, ilk sosial mühiti və ilk təhlükəsizlik qalasıdır. Valideyn sevgisi, düzgün tərbiyə, mənəvi dəstək və sağlam ünsiyyət uşağın şəxsiyyət kimi formalaşmasında olduqca mühüm rol oynayır. Bununla yanaşı, təhsil müəssisələri də uşaqların bilik qazanması ilə yanaşı, onların təhlükəsizliyinin, psixoloji rifahının və sosial inkişafının təmin edilməsində böyük məsuliyyət daşıyır. Bu gün uşaqların müdafiəsi yalnız dövlətlərin deyil, bütün bəşəriyyətin ortaq məsuliyyətidir. Müharibələr, yoxsulluq, məcburi köçkünlük, ekoloji problemlər və sosial bərabərsizliklər milyonlarla uşağın həyatına mənfi təsir göstərir. Dünyanın müxtəlif bölgələrində uşaqlar hələ də aclıq, zorakılıq, əmək istismarı və təhsil imkanlarından məhrum olmaq kimi ciddi problemlərlə üzləşirlər. Bu reallıq göstərir ki, uşaqların hüquqlarının qorunması istiqamətində görülən işlər davamlı və sistemli olmalıdır”,-deyə Lamiyə İsazadə vurğulayıb.

Seçilən
44
1
azertag.az

2Mənbələr