AZ

FHN “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Gəncədə tədbir keçirib

BAKI, 1 iyun. TELEQRAF

GƏNCƏ, 1 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “Açıq qapı günü” tədbiri keçirilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

TədbirDövlət Himnimizin səsləndirilməsi ilə açıq elan olunub. Ardındanşəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb.

Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Seçilən
20
1
teleqraf.com

2Mənbələr