Artıq uzun illərdir ki, "Bakı Enerji Həftəsi" qlobal enerji gündəliyinin formalaşdırıldığı, yeni yanaşma və əməkdaşlıq formatlarının təşəkkül tapdığı nüfuzlu platformaya çevrilib.
Newscenter.az-ın məlumatına görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciətində deyilir.
Dövlət başçısı qeyd edib ki, bu tədbirin əhəmiyyəti hər il daha da artır:
"Çünki dünya ənənəvi enerji modelindən dayanıqlı, aşağı karbonlu inkişaf strategiyasına və texnoloji yeniliklərə əsaslanan yeni enerji sisteminə keçid mərhələsini yaşayır. Belə bir şəraitdə Azərbaycanın qlobal enerji dialoqunda rolu daha da güclənir".
Arzu