AZ

Əliyev bir hissə oynadı, ikinci dəfə çempion oldu - Albaniyada

Azərbaycanlı millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya çempionu olub.

Sportinfo.az xəbər verir ki, komanda sonuncu turda “Dinamo”ya (Tirana) 2:0 hesabı ilə qalib gələrək qızıl medalı rəsmiləşdirib.

Zamiq bu görüşdə start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Onun komandası hər iki qolu ilk hissədə vurub.

“Eqnatiya” ardıcıl 3-cü mövsümdür çempion olur. Zamiq son iki çempionluğun iştirakçısıdır.

Seçilən
14
6
sportinfo.az

10Mənbələr