ABŞ və İran arasındakı saziş böyük ölçüdə Tehranın nüvə proqramına həsr olunub.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb.
O, CNN telekanalının üzərində işlənilən sənədin İranın nüvə proqramına toxunmadığı barədə xəbərlərini təkzib edib.
"CNN-in saxta xəbərlərində iddia olunub ki, mənim İranla nüvə sazişimdə nüvə silahı barədə heç bir qeyd yoxdur, halbuki reallıqda orada İranın nüvə silahına sahib olmayacağı çox aydın şəkildə qeyd edilib... Əslində, sazişin böyük hissəsi elə məhz bundan bəhs edir", - Tramp vurğulayıb.
Ötən gün "Fox News" telekanalına verdiyi müsahibədə Ağ Ev rəhbəri Vaşinqton və Tehran arasındakı danışıqların yavaş templərlə irəlilədiyini bildirib. ABŞ lideri həmçinin qeyd edib ki, tərəflər razılığa gələ bilməsələr, ABŞ İrana qarşı hərbi əməliyyatları bərpa etməyə hazırdır.