AZ

Neftin qiyməti yenidən yüksəlir

ain.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ neftinin bir barelinin qiyməti bazar ertəsi günü Yaxın Şərqdəki müharibəyə son qoymaq üçün İranla danışıqlarda ABŞ-nin mövqeyinin sərtləşməsi barədə xəbərlərdən sonra yenidən yüksəlib.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən xəbər verir ki, WTI markalı neftin qiyməti təxminən 2,5% artaraq, bir barel üçün təxminən 89,60 dollara çatıb.

Şimal dənizindən avqust ayında çatdırılma üçün Brent markalı neftin qiyməti eyni vaxtda təxminən 93,16 dollar təşkil edib ki, bu da cümə günü bağlanan ticarətlə müqayisədə təxminən 2,2% artım deməkdir.

Qeyd edək ki, bazarlar neft müharibəsinin başlamasından bəri qlobal karbohidrogen tədarükünün 20%-ni saxlayan Hörmüz boğazını açılmasına dair əldə ediləcək razılaşmaya ümid etdikləri üçün qiymət ötən həftə 11%-dən çox düşmüşdü.

Aydın

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
1
bakivaxti.az

2Mənbələr