ain.az, futbolpress-az portalına istinadən məlumat verir.
“Sabah” müdafiəçisi İqor Noqeyraya yeni müqavilə təklif edib.
Futbolpress.az-ın məlumatına görə, “bayquşlar” braziliyalı futbolçunu komandada saxlamaq niyyətindədir. Baş məşqçi Valdas Dambrauskas Noqeyranı müdafiə xəttinin əsas oyunçusu hesab edir və onunla yola davam etmək arzusundadır. Tərəflər arasında danışıqlar bir müddətdir, davam edir.
Noqeyra 2024-cü ildən “Sabah”da çıxış edir. O, başa çatan mövsümdə Misli Premyer Liqasında 24 oyunda 2 qol vurub.
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.