AZ

Təxminən bir milyon azarkeş Londonda "Arsenal"ın İngiltərə çempionluğunu qeyd edib

Londonun "Arsenal" futbol klubu İngiltərə Premyer Liqasında son 22 ildə ilk çempionluq titulunu paytaxtda 750 mindən 1 milyona qədər azarkeşin toplandığı irimiqyaslı paradla qeyd edib.

"Far.Az"un məlumatına görə, bu barədə rəqəmləri yerli mətbuat təqdim edib.

Azarkeşlər içərisində komandanın oyunçuları olan üstüaçıq avtobusu görmək üçün təxminən 9 kilometrlik marşrut boyunca sıraya düzülüblər. Parad İslinqton rayonunda baş tutub və təxminən iki saat yarım davam edib. Lakin o başa çatdıqdan sonra da minlərlə azarkeş tarixi qələbəni şəhər küçələrində qeyd etməyə davam edib.

Təntənəli tədbirlər insidentsiz ötüşməyib. Skotlend-Yardın məlumatına görə, 16 nəfər - altısı polis əməkdaşlarına hücum etdiyinə görə - saxlanılıb. İştirakçılardan biri bıçaq xəsarəti alıb və helikopterlə xəstəxanaya çatdırılıb.

Bu titul London klubu üçün İngiltərə Premyer Liqası tarixində 14-cü, komandanın heç bir məğlubiyyət almadığı əfsanəvi 2003/04 mövsümündən bəri isə ilk çempionluq olub. Baş məşqçi Mikel Artetanın rəhbərliyi altında klub daha əvvəl İngiltərə Kubokunu (2020) və iki dəfə ölkə Superkubokunu (2020, 2023) qazanmışdı.

Seçilən
98
43
far.az

10Mənbələr