AZ

Küveytdəki hava bazasına hücum nəticəsində dörd ABŞ hərbçisi yaralanıb

Bakı, 1 iyun, AZƏRTAC

İranın Küveytdə yerləşən hava bazasına endirdiyi ballistik raket zərbəsi nəticəsində azı dörd ABŞ hərbçisi və Pentaqonun daha üç podratçısı yüngül xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “CBS News” telekanalı öz mənbələrinə istinadla məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, bütün yaralılar hücumdan sonrakı 24 saat ərzində xidmətə qayıdıblar.

Daha əvvəl ABŞ Mərkəzi Komandanlığı mayın 28-də Küveyt Silahlı Qüvvələrinin Vaşinqtonun məlumatına əsasən İran tərəfindən buraxılmış ballistik raketi ələ keçirdiyini açıqlamışdı.

Seçilən
2
3
azertag.az

8Mənbələr