AZ

Bürclərin iyunda şanslı günləri açıqlandı

Astroloqlar iyun ayının hər bürc üçün xüsusi enerji daşıyan günlərini müəyyən ediblər. Metbuat.az xəbər verir ki, hesab olunur ki, bu tarixlərdə atılan addımlar daha uğurlu ola, yeni imkanlar yarana və mühüm qərarlar gözlənilən nəticələri verə bilər. Qoç bürcü üçün iyunun 4, 12 və 25-i uğurlu günlər sayılır. Bu tarixlərdə karyera və maliyyə sahəsində müsbət dəyişikliklər baş verə, yeni layihələrə başlamaq üçün əlverişli şərait yarana bilər.Buğa bürcünün şanslı günləri 6, 14 və 27 iyundur. Astroloqların fikrincə, həmin günlərdə həm maliyyə məsələlərində, həm də şəxsi münasibətlərdə sevindirici hadisələr yaşana bilər.Əkizlər bürcü üçün 3, 11 və 22 iyun tarixləri ön plana çıxır. Yeni tanışlıqlar, vacib görüşlər və işgüzar əlaqələr baxımından uğurlu günlər hesab olunur.Xərçəng bürcünü 9, 18 və 29 iyunda xoş sürprizlər gözləyə bilər. Ailə münasibətlərində harmoniya yaranması və yarımçıq qalan işlərin tamamlanması ehtimalı yüksəkdir.Şir bürcü üçün 5, 15 və 26 iyun xüsusilə uğurlu sayılır. Bu günlərdə yaradıcılıq, karyera və şəxsi inkişafla bağlı mühüm nailiyyətlər əldə etmək mümkündür.Qız bürcü 8, 17 və 24 iyunda şanslı olacaq. Maliyyə və iş sahəsində gözlənilən nəticələr əldə oluna, yeni imkanlar ortaya çıxa bilər.Tərəzi bürcü üçün 7, 16 və 28 iyun tarixləri münasibətlər və sevgi həyatı baxımından əlverişli görünür. Yeni başlanğıclar uğur vəd edir.Əqrəb bürcü 2, 13 və 23 iyunda mühüm qərarlar qəbul edə bilər. Bu tarixlərdə qarşıya çıxan fürsətləri düzgün qiymətləndirmək gələcək uğurların əsasını qoya bilər.Oxatan bürcü üçün 1, 10 və 21 iyun səyahət, təhsil və yeni layihələr baxımından məhsuldar günlər hesab edilir. Gözlənilməz xəbərlər də mümkün görünür.Oğlaq bürcü 6, 19 və 30 iyunda peşəkar fəaliyyətində uğur qazana bilər. Maliyyə sabitliyi və karyera yüksəlişi ilə bağlı müsbət dəyişikliklər gözlənilir.Dolça bürcü üçün 4, 12 və 20 iyun yaradıcı ideyaların reallaşması və şəxsi inkişaf baxımından əlverişli tarixlərdir.

Balıqlar bürcünün şanslı günləri isə 5, 14 və 25 iyundur. Bu tarixlərdə həm sevgi, həm də maliyyə sahəsində xoş hadisələrin baş verməsi ehtimal olunur.

Seçilən
32
22
metbuat.az

10Mənbələr