AZ

Bakıdan Xırdalana gedənlərin nəzərinə: Avtobuslar yeniləndi, gedişhaqqı bu qədər olacaq

119 nömrəli müntəzəm marşrutun avtobusları dəyişdirilir.

 

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

İyunun 1-dən Xırdalan şəhərini metronun “Memar Əcəmi” stansiyası ilə əlaqələndirən 119 nömrəli müntəzəm marşrut üzrə avtobuslar dəyişdiriləcək.

 

Ümumilikdə 20 avtobus 5-6 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin ixtiyarında olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,60 AZN təşkil edir.

Tarix: 31 May 2026, 14:51   
Seçilən
26
21
pravda.az

10Mənbələr