ain.az, sport24.az saytına istinadən bildirir.
"Real"ın hücumçusu Kilian Mbappe 2025/26 Çempionlar Liqasının ən sərrast futbolçusu olub. Sport24.az xəbər verir ki, fransalı futbolçu 15 qol vurub.
"Bavariya"nın hücumçusu Harri Keyn 14 dəfə fərqlənib, üçüncü yeri isə 10 qol vuran üç oyunçu bölüşür: Julian Alvares ("Atletiko"), Entoni Qordon ("Nyukasl") və Xviça Kvaratskheliya (PSJ).
Çempionlar Liqasının ən çox məhsuldar ötürmə edən iki futbolçusu da müəyyənləşib. Vinisius Junior ("Real Madrid") və Maykl Olise ("Bavariya") 8 ötürmə ilə zirvəni bölüşüblər.
Qeyd edək ki, PSJ 2025/26 Çempionlar Liqasının qalibi olub. Paris klubu həlledici görüşdə "Arsenal"ı məğlub edib (1-1, penaltilərdə 4-3). Luis Enrikenin komandası ardıcıl ikinci mövsüm turnirin qalibi olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.