Türkiyənin Dənizli vilayətində sərnişin avtobusu maneələrə çırpıldıqdan sonra yanıb.
Newscenter.az-ın yerli mətbuata istinadən xəbər verir ki, hadisə Sarayköy rayonunda qeydə alınıb.
Belə ki, 41 nəfərin olduğu avtobus idarəetmədən çıxaraq maneələrə çırpılıb, zərbə nəqliyyat vasitəsində yanğına səbəb olub. Qəza nəticəsində 8 nəfər ölüb, daha 33 sərnişin xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım xidməti, xilasedicilər, polis və jandarm əməkdaşları, habelə yanğınsöndürmə briqadası göndərilib.
Yaralılar təcili yardımla şəhərdəki xəstəxanalara aparılıb.
Araşdırma aparılır.(report)