Rövlan Muradov “Zirə”dən ayrılacaq.
Bizim.Media xəbər verir ki, baş məşqçi Rəşad Sadıqov cinah oyunçusunun vəziyətindən narazıdır.
Mütəxəssis müdafiəçidən gözləntilərinin qarşılığını ala bilmədiyi üçün onunla yolların ayrılmasını istəyir.
Rövlan 2025-ci ilin əvvəlində “Zirə”yə qoşulub. O, başa çatan mövsümdə Premyer Liqada 11 oyunda meydana çıxıb.
Muradov özü də oyun təcrübəsinin azlığından narazıdır və klubunu dəyişməyə hazırdır. Rövlan “Zirə”dən öncə “Qəbələ” və “Sumqayıt”ın formasını geyinib.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta