AZ

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək

Bakıda stend atıcılığı üzrə ölkə kuboku keçiriləcək.

Apasport.az xəbər verir ki, yarışda ölkənin ən güclü və sərrast atıcıları bir araya gələcək.

Turnirdə idmançılar böyüklər və U-21 gənclər kateqoriyaları üzrə stend atıcılığının dairəvi (Skeet) və səngər (Trap) növlərində mübarizə aparacaqlar.

Yarış iştirakçıları fərdi və komanda hesabında qalibləri müəyyənləşdirmək üçün hədəfləri nişan alacaqlar. Final mərhələləri isə Beynəlxalq İdman Atıcılığı Federasiyasının (ISSF) son yenilənmiş qaydalarına uyğun keçiriləcək.

Qeyd edək ki, turnir iyunun 2-dən 6-dək Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq.

Azərbaycanlı mütəxəssis məşqçilik kursunu uğurla başa vurub

Ədalətli oyun günündə qaliblər mükafatlandırıldı

"Bakı-Xankəndi" veloyarışının qalibi müəyyənləşib

“Bakı-Xankəndi” veloyarışı: V mərhələ yekunlaşıb

"Bakı–Xankəndi" veloyarışına bu gün yekun vurulacaq

Seçilən
52
11
apasport.az

10Mənbələr