AZ

Nigeriyada vəbadan ölənlərin sayı artıb

Yazını böyüt
Yazını kiçilt

Nigeriyanın şimal-şərqindəki Borno əyalətində may ayının əvvəlindən bugünədək azı 37 nəfər vəba xəstəliyindən ölüb, 3000-dən çox yoluxma qeydə alınıb.

Hafta.az xəbər verir ki, bu barədə "Punch" qəzeti məlumat yayıb.

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına istinadla bildirilib ki, epidemiya Borno ştatının 36 rayonunda yayılıb.

Vurğulanıb ki, Nigeriya beynəlxalq tərəfdaşları ilə birlikdə su, sanitariya və gigiyena sistemlərini saxlamaq və optimallaşdırmaq üçün resurslar toplayır, infeksiyaya nəzarət mərkəzlərini xəstələr üçün hazırlayır.

Seçilən
4
4
hafta.az

5Mənbələr