AZ

Ermənilər həyəcan içində Azərbaycanla sərhəddə 14 məktəb bağlanır, kəndlər boşaldılır...

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistanın Tavuş vilayətində eyni vaxtda 14 məktəbin bağlanacağı açıqlanıb.Demokrat.az xəbər verir ki, Ermənistan Milli Konqresi Partiyasının sədr müavini Aram Manukyan Çinarı kəndindən yayımladığı videomüraciətdə bu qərarın sərhəd bölgələrinin gələcəyi ilə bağlı ciddi narahatlıq yaratdığını bildirib.Onun sözlərinə görə, bağlanacaq məktəblərdən biri yaxın vaxtlarda yenidən tikilmiş təhsil müəssisəsidir. Manukyan qeyd edib ki, Çinarı Azərbaycanın sərhədinə ən yaxın Ermənistan kəndlərindən biridir və üç tərəfdən Azərbaycan əraziləri ilə əhatə olunub.Bağlanma qərarını verənlərdən soruşmaq istəyirəm: nə üçün belə sərhəd kəndinin və daha 8 kəndin sizin qərarlarınız nəticəsində məhv olmalı olduğunu düşünürsünüz?

Məktəbdə şagird qalmayanda kənd də yox olur. Baxın, bu qədər yaxşı təmir olunmuş normal məktəbdir. Soruşuram: niyə məktəbi bağlayırsınız? Sərhəd kəndini məhv etmək planınız varmı? – deyə o bildirib.Qeyd olunur ki, Ermənistanın məsul qurumları daha əvvəl məktəb sistemində genişmiqyaslı islahat elan edib. Məlumata görə, 2026-cı il sentyabrın 1-dən etibarən şagird sayı az olan məktəblərin birləşdirilməsi və onların klaster təhsil mərkəzlərinə çevrilməsi prosesinə başlanacaq.(Yeni Musavat)Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
3
demokrat.az

10Mənbələr