AZ

"Çempionlar Liqasındakı ikinci qələbəmizi haqq edirdik" - Luis Enrike

UEFA Çempionlar Liqasının dünən Macarıstanın paytaxtı Budapeştdə keçirilən final oyununda "Arsenal"ı üstələyən (1:1, penaltilər: 4:3) PSJ-nin baş məşqçisi Luis Enrike qələbəni şərh edib.

"Unikal" xəbər verir ki, "Puşkaş Arena"da Paris təmsilçisi ilə ardıcıl ikinci çempionluğunu bayram edən ispaniyalı mütəxəssis belə danışıb:

"Yüksək səviyyəli final izlədik. Ən çətin rəqiblərdən biri ilə üz-üzə gəldik. İlk 10 dəqiqədə qapımızda qol gördüyümüzü də nəzərə alsaq, əlavə şərhə yer qalmır...

Onların planı ideal idi. Bizi çətin duruma saldılar. İkinci yarıda daha yaxşı oynamağa başladıq. Amma fiziki cəhətdən güclü, dərin müdafiə olunan "Arsenal"a qarşı mübarizə aparırsansa, çox işləməyə məcbursan. 

Penalti seriyasına gəlincə, buna sakit yanaşmağa, soyuqqanlı olmağa çalışdıq. Standart vəziyyətlərdən istifadə məharətinə görə Avropanın ən yaxşı komandasına qarşı oynadıq, lakin fikrimcə, dominant çıxışla yadda qaldıq. Bu mükafata layiq idik. Çempionlar Liqasındakı ikinci qələbəmizi haqq edirdik".

PSJ futbol tarixində ÇL kubokunu 2 dəfə ardıcıl başı üzərinə qaldıran ikinci komandadır.

Seçilən
1
4
unikal.az

5Mənbələr