AZ

Kişinin sidik kisəsindən inanılmaz çəkidə daş çıxdı

Çində qeyri-adi tibbi hadisə qeydə alınıb.

Musavat.com xəbər verir ki, Luntan şəhərində yaşayan Çen soyadlı fermer üç il ərzində sidik ifrazı ilə bağlı ciddi problemlərdən əziyyət çəkib.

Məlumata görə, o, nəhayət həkimə müraciət etdikdən sonra mütəxəssislər onun sidik kisəsində nəhəng daş aşkar ediblər. Daşın eni təxminən 10 santimetr, uzunluğu isə 13 santimetr olub. Çəkisinin isə 1,3 kiloqram olduğu bildirilir.

Həkimlərin sözlərinə görə, daş sidik kisəsinin demək olar ki, bütün həcmini tutub və sidiyin toplanmasına yer qoymayıb. Bu isə orqanın divarlarına ciddi təzyiq yaradaraq xəstənin həyatı üçün təhlükə formalaşdırıb.

Qısa müddətdə həkim briadası yaradılıb və fermer əməliyyat olunub. Hazırda onun həyatına təhlükə olmadığı bildirilir.

Musavat.com

Seçilən
74
2
musavat.com

3Mənbələr