AZ

AZAL Gəncədən Sankt-Peterburqa uçuşları bərpa etdi

Gəncə-Sankt-Peterburq marşrutu üzrə mövsümi reyslər "Azərbaycan Hava Yolları"nın (AZAL) cədvəlinə yenidən daxil edilib.


AZAL-dan Pravda.az-a verilən məlumata görə, ilk uçuş bu gün yerli vaxtla saat 16:20-də Gəncədən yola düşüb. Uçuşlar həftədə bir dəfə, şənbə günləri yerinə yetiriləcək.


İki şəhər arasında uçuşlar əvvəllər 2025-ci ilin yay mövsümünün sonuna qədər həyata keçirilirdi, bundan sonra isə dayandırıldı.

Tarix: 31 May 2026, 01:29   
Seçilən
11
11
pravda.az

10Mənbələr