Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib.
Publika.az xəbər verir ki, Kiçik Avropa Dövlətləri Atletika Assosiasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutan yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb.
II Lui stadionunda keçirilən çempionatda Azərbaycan milli komandasının üzvləri uğurlu çıxışla yadda qalıb. Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə 2-ci yeri tutub. 400 metr məsafəyə qaçışda İlahə Quliyeva 54.64 saniyə nəticə ilə bürünc medal qazanıb. İ.Quliyeva bu göstərici ilə Azərbaycan rekordunu da yeniləyib.