AZ

Tütün hər il dünyada 8 milyondan çox insanın həyatına son qoyur

Hər il mayın 31-də Ümumdünya Tütünsüz Günü qeyd olunur.Metbuat.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, siqaret çəkmək dünya əhalisi üçün ən böyük təhdidlərdən biridir. Bu bəla hər il 8 milyondan çox insanın həyatına son qoyur. Bu ölüm hallarının 7 milyondan çoxu birbaşa tütün istifadəsi, təxminən 1,3 milyon isə təkrar tütün tüstüsü ilə əlaqəlidir. Tütün məmulatları, o cümlədən qəlyanlarda 7 mindən çox kimyəvi maddə var, onlardan ən az 250-si zəhərli və ya kanserogen təsirləri ilə tanınır.Tütünün istifadəsi insan orqanizminin demək olar ki, bütün orqanlarına mənfi təsir göstərir. Siqaret çəkmək infarkt, insult, ağız boşluğu, boğaz, ağciyər xərçəngi, astma, vərəm, 2-ci tip diabet, demensiya və bir çox digər xəstəliklərə səbəb olur.

Ümumdünya Səhiyyə Təşkilatı xəbərdar edir ki, 1 milyarddan çox insan siqaret çəkir, onlardan 80 faizi azgəlirli ölkələrdə yaşayır, onlara tütün istifadəsi ilə şərtləndirilən ən yüksək xəstəlik və ölüm yükü xasdır.

Seçilən
65
metbuat.az

1Mənbələr