AZ

PSJ ardıcıl ikinci dəfə UEFA Çempionlar Liqasının qalibi oldu

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.

"Yeni Sabah" xəbər verir ki, həlledici görüşdə "Arsenal" ilə üz-üzə gələn PSJ qələbə qazanıb.

Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da baş tutan matçın əsas və əlavə vaxtında qalib müəyyənləşməyib - 1:1. pizza

Hesabı 6-cı dəqiqədə Kay Haverst açıb. Matçın 65-ci dəqiqəsində Usman Dembele penalti zərbəsindən hesabı bərabərləşdirib.

Penaltilər seriyasında isə daha dəqiq oynayan parislilər (4:3) ardıcıl ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qalibi olublar.

 


Telegram kanalımız
Seçilən
21
5
yenisabah.az

10Mənbələr