ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
İsrail ordusu Livan ərazisindən atılan bir neçə raketi zərərsizləşdirib.
APA xəbər verir ki, İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, ölkənin şimal bölgələrində hava həyəcanı siqnalları səsləndikdən sonra Livandan İsrail istiqamətində bir neçə raket buraxıldığı qeydə alınıb.
Raketlərin bir hissəsi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib, digərləri isə yaşayış olmayan ərazilərə düşüb.
Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.