AZ

"Daily Express" Okamponun siyasi manipulyasiyalarını və sülh prosesinə müdaxiləsini ifşa edir

Böyük Britaniyanın dünyaca məşhur "Daily Express" nəşri Azərbaycan-Ermənistan sülh danışıqları, müəyyən qüvvələrin bu prosesə mane olmaq cəhdləri və Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Okamponun cinayətkar, korrupsioner fəaliyyətinə həsr olunmuş araşdırma dərc edib. Qeyd olunur ki, ABŞ Prezidenti Donald Tramp administrasiyasının Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesinə verdiyi dəstək son dövrlərdə Cənubi Qafqazda diqqət mərkəzində olan əsas geosiyasi məsələlərdən birinə çevrilib. Vaşinqtonun vasitəçilik təşəbbüsləri, regional kommunikasiyaların açılması istiqamətində irəli sürdüyü layihələr və tərəflər arasında etimadın gücləndirilməsinə yönəlmiş addımlar bölgədə uzunmüddətli sabitliyin formalaşmasına xidmət edir. Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyi üçün strateji əhəmiyyət daşıdığı xüsusi vurğulanır.

"Daily Express" yazır ki, Okamponun timsalında bəzi qüvvələr Cənubi Qafqaz ətrafında dəfələrlə diskreditasiya olunmuş ritorikasını yenidən informasiya məkanına qaytarmağa çalışırlar. Maraqlıdır ki, Tramp administrasiyası Cənubi Qafqazı xarici siyasətin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirir - xüsusilə Rusiyanın regionda mövqelərinin nəzərəçarpacaq dərəcədə zəifləməsi fonunda. Vaşinqton danışıqlarda əldə edilmiş tərəqqini möhkəmləndirməyə çalışır və uzunillik münaqişənin yekun həllini dəstəkləyir.

Seçilən
14
4
publika.az

6Mənbələr