AZ

Ozzi Osborn rəqəmsal formada geri qayıdır

Ozzi Osborn rəqəmsal formada geri qayıdırBritaniyalı mərhum rok musiqiçisi Ozzi Osbornun ailəsi onun süni intellektlə işləyən rəqəmsal avatarının yaradıldığını elan edib.

Axşam.az xəbər verir ki, layihə barədə Şeron Osborn və Cek Osborn ABŞ-nin Las-Veqas şəhərində keçirilən "Licensing Expo" sərgisində məlumat veriblər.

Virtual musiqiçi obrazı üzərində "Hyperreal" şirkəti çalışır. Osborn ailəsi Ozzinin görüntü və səsinin istifadəsinə rəsmi icazə verib. Rəqəmsal avatarın ilk təqdimatlarının bu yay Böyük Britaniya və ABŞ-də keçirilməsi planlaşdırılır.

Layihədə "Proto Luma" adlı xüsusi holografik sistemdən istifadə olunur. Bu, süni intellektlə təchiz edilmiş tamölçülü qurğudur və istifadəçilərlə real vaxt rejimində söhbət edə bilir.

"Hyperreal" şirkətinin rəhbəri Reminqton Skott bildirib ki, rəqəmsal Ozzi ailə tərəfindən təsdiqlənmiş rəsmi materiallar əsasında hazırlanıb. Onun sözlərinə görə, musiqiçinin səsi, danışıq tərzi və davranışları maksimum dəqiqliklə bərpa edilib.

Şeron Osborn isə fanatların Ozzi ilə danışa biləcəyindən xüsusi məmnunluq duyduğunu deyib: "İnsanlar ona istənilən sualı verə biləcək və o, öz səsi ilə, həqiqi Ozzi necə cavab verərdisə, elə də cavablayacaq."

Qeyd edək ki, bu, "Hyperreal" şirkətinin ilk belə layihəsi deyil. Şirkət daha əvvəl Sten Li üçün də süni intellekt avatarı hazırlamışdı. Həmin avatar Los-Anceles "Comic Con" sərgisində nümayiş etdirilmiş və ziyarətçilər onunla ünsiyyət qura bilmişdilər.

Seçilən
1
1
big.az

10Mənbələr