Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 218.9 min sərnişin daşınıb.
Moderator.az Valyuta.az-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 39.4 min sərnişin və ya 3.34% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-aprel aylarında hava nəqliyyatı ilə 1 milyon 179.5 min sərnişin daşınıb.
Hesabat dövründə hava nəqliyyatı ilə 115.2 min ton yük daşınıb. Bu isə illik müqayisədə 14.9 min ton və ya 11.45% azalma deməkdir. Ötən ilin eyni dövründə hava nəqliyyatı ilə 130.1 min ton yük daşınıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.