AZ

Tehrandan Pekin açıqlaması: ABŞ və İran arasında qarant ola bilər

Pekin Vaşinqton və Tehran arasındakı münaqişənin həllində zamin rolunu öz üzərinə götürə bilər. 

Ölkə.az xəbər verir ki, bunu İranın xarici əlaqələr üzrə strateji şurasının katibi Dehqani Firuzabadi ISNA-ya müsahibəsində bildirib.

"Çin razılaşmaların həyata keçirilməsinin qarantı ola bilər", -o qeyd edib.

Firazabadi həmçinin bildirib ki, Hörmüz boğazı İranın yeni strateji alətidir.
Onun sözlərinə görə, şərtlər Tehranı Hörmüz boğazı üzərində suveren nəzarəti həyata keçirməyimizi tələb edir. “Bu səbəbdən də Hörmüz  boğazı Tehranın təzyiq vasitələrindən biridir”, - Firuzabadi əlavə edib.

Bununla belə o qeyd edib ki, Hörmüz boğazında milli təhlükəsizlik və beynəlxalq naviqasiya azadlığı arasında tarazlıq yaratmalıdır. "Hörmüz boğazının hüquqi taleyini İran və Oman müəyyən edir", - o bildirib.

İranın Xarici Əlaqələr üzrə Strateji Şurası 2006-cı ildə İranın Ali Liderinin rəhbərliyi altında yaradılan beyin mərkəzi və yüksək səviyyəli məsləhət orqanıdır. O, xarici siyasət strategiyası hazırlayır və İran hökumətinə məsləhətlər verir.

Mürtəza

Seçilən
20
olke.az

1Mənbələr