AZ

Mayın son günü hava necə olacaq?

Mayın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Senzor.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatında belə deyilir.

 

Havanın temperaturu gecə 14-16°, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 60-70 %, gündüz 45-55 % təşkil edəcək.

 

Azərbaycanın əsasən bəzi dağlıq və dağətəyi rayonlarında havanın qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-17°, gündüz 25-29°, dağlarda gecə 7-12°, gündüz 15-20°, bəzi yerlərdə 25° isti olacaq.

Seçilən
14
49
senzor.az

10Mənbələr