2025/2026-cı illər mövsümü bitən kimi heyətində təmizləmə işinə başlamış “Şamaxı” daha bir futbolçusu – Vladislav Veremeyev ilə də vidalaşıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı futbolçunun başa çatmış müqaviləsinin müddəti uzadılmayıb. Klub ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Mərkəz müdafiəçisi olan Vladislav Veremeyev 2025-ci ilin yanvarından formasını geyindiyi “Şamaxı”da 41 oyun keçirib, 3 məhsuldar ötürmə müəllifi olub. Ukraynalı futbolçu daha öncə “Yelqava”, “Kalyu”, “Skoruk”, “Sumı”, “Zemplin”, “Zirka” kimi klublarda da forma geyinib.
“Şamaxı” daha öncə Karim Rossi, Rodriqo Fransisko Fernandes, Andrey Tırkovyanu, Rüfət Abbasov, Arsen Ağcabəyov, Emil Süleymanov, Ramiz Muradov, Davud Mənsumov, Abdulla Rzayev, Rafael Məhərrəmli və Səlim Həşimovla da vidalaşmışdı.
