Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” daha bir futbolçusu ilə vidalaşıb.
Klubdan XQ-yə verilən məlumata görə, Vladislav Veremeyevlə yollar ayrılıb. Ukraynalı müdafiəçinin bölgə təmsilçisi ilə müqaviləsinin müddəti başa çatıb.
Qeyd edək ki, Vladislav Veremeyev 2025-ci ilin yanvar ayından “Şamaxı”da çıxış edirdi.