AZ

Heqset: ABŞ, Böyük Britaniya və Avstraliya pilotsuz sualtı aparatları hazırlayacaq

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS üçtərəfli müdafiə tərəfdaşlığı çərçivəsində pilotsuz sualtı aparatların hazırlanması üzərində birgə işləyir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Pit Heqset jurnalistlərə açıqlamasında bildirib.

Məlumata görə, layihə AUKUS-un kvant hesablamaları, sualtı texnologiyalar, hipersəs sistemləri, süni intellekt və kibertəhlükəsizlik sahələrində qabaqcıl müdafiə texnologiyalarının inkişafını nəzərdə tutan “İkinci Sütun” (Pillar Two) proqramı çərçivəsində həyata keçirilir.

“Layihə sualtı əməliyyatları dəstəkləmək və dəniz məkanında kollektiv üstünlüyümüzü qorumaq üçün nəzərdə tutulan, müxtəlif tapşırıqlara uyğunlaşdırıla bilən pilotsuz sualtı aparat yükləri kompleksinin hazırlanmasını təmin edəcək”, – deyə Heqset vurğulayıb.

Qeyd edək ki, AUKUS tərəfdaşlığı 2021-ci ildə ABŞ, Böyük Britaniya və Avstraliya tərəfindən yaradılıb. Təşəbbüs bu ölkələrin Hind-Sakit okean regionunda Çinin artan təsirinə qarşı səylərinin bir hissəsi hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sherg.az

2Mənbələr