Sherg.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rumıniyada yaşayış evinə pilotsuz uçuş aparatının düşməsi ilə bağlı Rusiyaya qarşı Avropanın kollektiv cavab verəcəyini bəyan edib.
Sherg.az xəbər verir ki, nazirin sözlərini "Rheinische Post" nəşri yayıb:
“Rusiyanın bu hərəkətlərinə vahid cəbhə ilə cavab verəcəyik”.
Vadeful həmçinin vurğulayıb ki, Avropa ölkələri Ukraynaya qətiyyətli dəstəyi davam etdirəcəklər.
Bundan əvvəl, cümə günü Rumıniya Müdafiə Nazirliyi məlumat vermişdi ki, pilotsuz uçuş aparatı Qalats şəhərində yaşayış evinin damına düşüb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Rumıniya hakimiyyəti insidentə görə məsuliyyəti Rusiyanın üzərinə qoysa da, bununla bağlı hər hansı sübut təqdim etməyib. Bildirilib ki, Rumıniya hərbçiləri dronu radar sistemləri vasitəsilə izləsələr də, onu zərərsizləşdirməyiblər.
Həmin gün Rusiya Prezidenti Vladimir Putin isə ehtimal edib ki, söhbət Ukraynaya məxsus pilotsuz uçuş aparatından gedə bilər. Onun fikrincə, dron radioelektron mübarizə vasitələrinin təsiri və ya texniki nasazlıq səbəbindən kursdan yayınmış ola bilər.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.