AZ

Həyatımın elə dönəmi idi ki, çökmüşdüm Aynişan

Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Anam hər zaman gözəl məsləhətlər verir. Sanki bir neçə il öncəni görür və deyir. Qulağımda sırğa olan bir məsləhəti var. Həyatımın elə dönəmi idi ki, çökmüşdüm və zahiri görünüşümə təsir edirdi. Anam deməyib ki, niyə bu günə qalmısan? Dedi, özünə baxmasan sənlə heç kim işləməyəcək".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva "Mədəni şou"da deyib. O, anasının ona verdiyi məsləhətlərdən danışıb:

"Anam dedi ki, həyat nə qədər səni çətinliklərə salsa da qadınlığını qoru. Qadın zərafətini qoru. Mənə anam o qədər gözəl sözlər deyirdi ki, gözəl olduğumu düşünmüşəm. Özgüvənim yüksək olub. Məşhur olanda insanlar mənim qüsurlarımı yazanda təəccüblənirəm. Zaman keçib, anam deyəndən sonra özümə fikir verdim. O zamana aid fotolara baxanda anlayıram ki, anam niyə o sözü deyib".

View this post on Instagram

A post shared by Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
6
axsam.az

7Mənbələr