AZ

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

AzNews.az xəbər verir ki, bu barədə Polşanın Rəqəmsal Məsələlər üzrə Naziri Kşiştof Qavkovski “TVP World”ə bildirib. O qeyd edib ki, yeni qanun layihəsi üzərində iş gedir.

15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Polşanın hakim Vətəndaş Koalisiyası alyansının deputatları tərəfindən irəli sürülüb. Layihəni dəstəkləyənlər arasında təhsil naziri Barbara Novaçka da var.

Yeni qanunun sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.

Seçilən
3
17
aznews.az

10Mənbələr