AZ

ABŞ-dən KRİTİK QƏRAR: Vaşinqton bəzi ölkələrin müdafiəsinə pul xərcləməyəcək

"ABŞ bundan sonra varlı dövlətlərin müdafiə xərclərini öz üzərinə götürməyəcək".
 
Moderator.az xəbər verir ki, bunu ABŞ hərb naziri Pit Heqset Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" beynəlxalq təhlükəsizlik forumunda çıxış edərkən bildirib.
 
"ABŞ-nin zəngin ölkələrin müdafiəsini subsidiyalaşdırdığı dövr artıq geridə qalıb. Bizə himayə altındakı dövlətlər deyil, tərəfdaşlar lazımdır. Bizə asılılığa yox, ortaq məsuliyyətə əsaslanan ittifaqlar lazımdır", - deyə Pentaqon rəhbəri vurğulayıb.
 
Onun sözlərinə görə, belə yanaşma ittifaqlar üçün möhkəm təməl yaradır, onların keçən əsrin deyil, bu əsrin çağırışlarına hazır olmasını təmin edir.
 
Seçilən
22
18
moderator.az

10Mənbələr