“Hazırda ABŞ ilə danışıqlarda İrandan zənginləşdirilmiş uranın çıxarılması məsələsi müzakirə olunmur”...
Bunu İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin rəhbəri İbrahim Əzizi bildirib.
"İran və Pakistan arasında məsləhətləşmələrin və nümayəndə heyətlərinin mübadiləsinin hazırkı mərhələsində, eləcə də amerikalılarla təmasların heç bir mərhələsində zənginləşdirilmiş uranın çıxarılması məsələsi ümumiyyətlə müzakirə olunmur", - o deyib. (APA)
Poliqon.info