AZ

BOKT 11 milyon 550 min manat dividend elan edib

Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC 2025-ci ildə 11 milyon 550 min manat dividend elan edib.

Bu barədə Marja.az BOKT-un illik hesabatına istinadən xəbər verir.

Müqayisə üçün, 2024-cü ildə elan edilmiş dividend 1 milyon 384 min 635 manat olmuşdu. Beləliklə, “SF Azerbaijan”ın elan etdiyi dividend məbləği illik müqayisədə 10 milyon 165 min 365 manat və ya 7,3 dəfə artıb.

“SF Azerbaijan”ın nizamnamə kapitalı 300 min manat təşkil edir. Şirkətin əsas səhmdarı 95,5% payla AS HSF CA-dır. Digər payçılar isə 2,5% payla Rufat Quliyev Faiq oğlu və 2% payla Krists Kruminsdir.

Qeyd edək ki, “SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC Azərbaycan Respublikasında təsis edilib və daimi əsasda fəaliyyət göstərir. Şirkət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş BKT-24 nömrəli xüsusi lisenziya əsasında fəaliyyət göstərir və Mərkəzi Bank tərəfindən tənzimlənir.

BOKT yalnız fiziki şəxslərə kredit verir. Lisenziyaya əsasən, şirkətin nağd pul depozitləri və nağd pul depozitləri şəklində girov qəbul etmək hüququ yoxdur.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xocalı prospekti 37, “Demirchi Tower” biznes mərkəzidir.esabata əsasən, 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
marja.az

2Mənbələr