AZ

Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq: PSJ "Arsenal"a qarşı

Bu gün UEFA Çempionlar Liqasında 2025-2026 mövsümünün qalibi məlum olacaq.

"Unikal" xəbər verir ki, həlledici görüşdə İngiltərənin “Arsenal” və Fransanın PSJ komandaları üz-üzə gələcək.

Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək görüşə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Oyunu almaniyalı referi Daniel Zibert idarə edəcək.

Qeyd edək ki, PSJ turnirin son qalibidir. Paris təmsilçisi ötən mövsüm tarixində ilk dəfə bu titula sahib olub. "Arsenal" isə ilk dəfə qitənin bir nömrəli klub turnirinin qalibi olmağa çalışacaq.

Seçilən
1
4
unikal.az

5Mənbələr