Marja.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“SF Azerbaijan” Bank Olmayan Kredit Təşkilatı MMC-nin (Manato brendi) əsas rəhbər şəxslərinə 2025-ci ildə ödənilən əmək haqqı və digər qısamüddətli faydaların ümumi məbləği 392 min 70 manat təşkil edib.
Marja.az-ın Şirkətin maliyyə hesabatına əsasən məlumatına görə, 2024-cü ildə bu göstərici 304 min 428 manat olmuşdu. Beləliklə, BOKT-un rəhbər heyətinə ödənilən əmək haqqı və digər qısamüddətli faydalar illik müqayisədə 87 min 642 manat və ya 28,8% artıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hesabatda qeyd olunur ki, şirkətin əsas rəhbər heyəti direktor və direktor müavini daxil olmaqla 3 üzvdən ibarət olub. Bu göstəriciyə əsasən, 2025-ci ildə rəhbər heyətin hər bir üzvünə düşən orta illik ödəniş təxminən 130 min 690 manat, orta aylıq ödəniş isə 10 min 891 manat təşkil edib.
Müqayisə üçün, 2024-cü ildə rəhbər heyətin hər üzvünə düşən orta illik ödəniş təxminən 101 min 476 manat, orta aylıq ödəniş isə 8 min 456 manat idi.
Beləliklə, “SF Azerbaijan”da rəhbər heyətin orta aylıq ödənişi bir il ərzində təxminən 2 min 435 manat artıb.
Qeyd edək ki, hesabatda əsas rəhbər şəxslərin şirkətin təsdiq edilmiş əmək haqqı cədvəlinə və fəaliyyət nəticələrinə uyğun olaraq əmək haqqı və digər imtiyazlar almaq hüququna malik olduqları bildirilir.
Həmçinin oxu
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
![]()
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.