Bu gün UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi müəyyənləşir.
Fanat.Az xəbər verir ki, final oyununda İngiltərənin "İnter" ilə Fransanın PSJ komandaları üz-üzə gələcəklər.
Həlledici görüş Macarıstanın paytaxtı Budapeştdə baş tutacaq. "Puskas Arena"da keçiriləcək finalı Daniel Zibertin başçılığı ilə almaniyalı hakimlər briqadası idarə edəcək və matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, PSJ son çempiondur. Parislilər Çempionlar Liqasında kuboku ardıcıl ikinci dəfə başı üzərinə qaldırmağı hədəfləyir. "Arsenal" isə tarixində ilk dəfə Çempionlar Liqasını qazanmaq üçün meydana çıxacaq.
UEFA Çempionlar Liqası
Final
30 may
20:00. PSJ (Fransa) - "Arsenal" (İngiltərə)
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin (hamısı Almaniya), Sandro Şerer (İsveçrə).
Budapeşt. "Puşkaş Arena".