AZ

Evin ən natəmiz əşyası imiş

Evin ən çirkli yeri hesab olunan tualetlərdən daha təhlükəli olan əşyalar gündəlik həyatımızın ayrılmaz hissəsidir. Mütəxəssislər bildirir ki, nəmli və isti mühit bakteriyaların çoxalması üçün ideal şərait yaradır. Bu baxımdan, hamamda mütəmadi istifadə edilən dəsmallar milyonlarla görünməz mikroba ev sahibliyi edir.

Xüsusilə əl və üz dəsmalları nəmli qaldıqda bakteriya yuvasına çevrilir. Eyni dəsmaldan uzun müddət istifadə etmək dəridə səpgi, qıcıqlanma və xoşagəlməz qoxulara səbəb olur. Havalandırması zəif olan hamamlarda risk daha böyükdür. Ekspertlər dəsmalların hər istifadədən sonra tam qurudulmasını və tez-tez dəyişdirilməsini tövsiyə edir. Üz üçün isə ayrıca dəsmalın olması dəri sağlığı üçün həlledici rol oynayır.

Aytən
Demokrat.az
Seçilən
48
1
demokrat.az

2Mənbələr