Böyük Britaniya Hərbi Hava Qüvvələrinin qırıcıları NATO-nun patrul missiyalarını təmin etmək üçün Rumıniya ərazisinə cəlb olunublar.
Publika.az xəbər verir ki, bu barədə məlumatı Böyük Britaniyanın müdafiə naziri Con Hili sosial şəbəkə hesabında paylaşıb.
Onun sözlərinə görə, Böyük Britaniya Rusiya dronu ilə bağlı baş verən insidentlə əlaqədar Rumıniyaya əlavə döyüş təyyarələrinin göndərilməsi variantını da nəzərdən keçirir.