ABŞ Cənub Komandanlığının (SOUTHCOM) rəhbəri general Frensis L. Donovan və Kuba Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Roberto Leqra Sotolonqo görüş keçirib.
"Far.Az"un xəbərinə görə, bu barədə SOUTHCOM-un mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
Məlumata görə, hərbçilər Kubadakı "Quantanamo" bazası yaxınlığında görüşüb və operativ təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Bundan əlavə, Donovan bazanın təhlükəsizliyinin qiymətləndirilməsini aparıb və komandanlıqla şəxsi heyətin müdafiəsi, hərbi qulluqçuların və onların ailələrinin təhlükəsizliyi, eləcə də operativ hazırlıq səviyyəsi məsələlərini müzakirə edib.