AZ

Sizin də günəşə görə dəriniz səpirsə...

ain.az, Demokrat.az saytına istinadən bildirir.

Günəş şüalarının kəskinləşməsi ilə dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığı artır və bir çox insanda fotodermatoz, xalq arasında isə günəş ekzeması adlanan allergik reaksiyalar baş qaldırır.Həkimlər xəbərdarlıq edir ki, immunitet sisteminin günəş işığına verdiyi bu kəskin reaksiya dərinin açıq qalan nahiyələrində şiddətli qaşıntı, qızartı və su dolu qabarcıqlarla müşahidə olunur. Adətən yazın sonu və yayın əvvəlində dərinin günəşə adaptasiya olunmadığı dövrdə daha çox rast gəlinən bu hal, müalicə olunmadıqda həyat keyfiyyətini ciddi şəkildə aşağı salır.Dermatoloqların rəyinə görə, allergik reaksiya günəşə çıxdıqdan bir neçə saat və ya bir neçə gün sonra sinə, qolların üst hissəsi və boyun nahiyəsində özünü göstərir. Genetik meyilliliyi olan şəxslərdə daha sıx müşahidə edilən ekzema bəzən sadə bir günəş yanığı ilə səhv salınır. Lakin yanığın əksinə, ekzema zamanı dəridə dözülməz qaşıntı və qabarıq səpkilər əsas fərqləndirici əlamətlərdir.Qorunma yolları arasında ən effektiv üsul günorta saatlarında birbaşa radiasiyadan qaçmaq və geniş spektrli qoruyucu kremlərdən mütəmadi istifadə etməkdir. Həkimlər qeyd edir ki, əlamətlər kəskinləşdikdə və səpkilər bədənin digər nahiyələrinə yayıldıqda ev şəraitində müdaxilə etmək əvəzinə, professional tibbi yardım almaq zəruridir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
1
demokrat.az

2Mənbələr