ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Saxlanılanların dəqiq sayı açıqlanmayıb
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” Partiyasına səs verməyə təşviq etmək üçün seçicilərə rüşvət paylanması ilə əlaqədar bir neçə şəxs həbs olunub.
AYNA.AZ erməni mediasına istinadən bildirir ki, Komitənin “Facebook” səhifəsində qeyd edilib ki, “Güclü Ermənistan” Partiyasının nümayəndəsinin digər şəxslərlə birlikdə Şirak bölgəsində bir sıra seçiciyə parlament seçkilərində partiyalarına səs vermələri şərti ilə rüşvət payladığını göstərən faktiki dəlillər əldə edilib.
Komitə cinayət işinin başlandığını, istintaq tədbirlərinin aparıldığını və bir neçə şəxsin saxlanıldığını bildirir. Saxlanılanların dəqiq sayı açıqlanmayıb.
Karapetyanın partiyasının nümayəndələrinin seçicilərin rüşvət alması ilə bağlı cinayət işlərində iştirak etməsi ilk dəfə deyil.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.