Türkiyənin Hatay və Osmaniye vilayətlərində güclü yağış və dolu həyatı iflic edib.
Musavat.com xəbər verir ki, Hatayın Dörtyol rayonunda Deliçay çayının daşması nəticəsində evlər, küçələr və yollar su altında qalıb, bəzi avtomobillərə ziyan dəyib.
Çaylı və Yeşilköy məhəllələrini birləşdirən körpü təhlükə səbəbindən nəqliyyat üçün bağlanıb. Bölgədə sel suları səbəbindən sürüşmələrin də baş verdiyi bildirilir.
Osmaniyenin Düziçi rayonunda isə daşqınlar kənd təsərrüfatı sahələrinə ciddi zərər vurub. Bəzi kənd yolları və istinad divarları uçub.
Bələdiyyə və fövqəladə hallar qrupları hər iki bölgədə suyun çəkilməsi, drenaj və zərərin qiymətləndirilməsi işlərini davam etdirir.
Musavat.com