AZ

Orqanizm öz əzələlərini yeyə bilər Bu pəhriz növü ilə bağlı xəbərdarlıq

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Bir ay ərzində yalnız kartofla qidalanmaq sağlamlıq üçün ciddi fəsadlar törədə bilər. Qastroenteroloq Ekaterina Kaşux bu növ tək tərkibli pəhrizlərin (monodiyeta) yaratdığı təhlükələri açıqlayıb.Həkimin sözlərinə görə, kartof enerji verən karbohidratlar və kaliumla zəngin olsa da, onun tərkibində zülal demək olar ki, yoxdur. Zülal çatışmazlığı şəraitində orqanizm ehtiyacını ödəmək üçün öz əzələ toxumasını parçalamağa başlayır. Bu isə bədənin sürətlə əldən düşməsinə səbəb olur.Məhdud qidalanma zamanı qaraciyər də ciddi zərər görür. Belə ki, orqanizm daxil olan nişastanı daim piyə çevirdiyi üçün qaraciyərdə yağlanma və iltihab prosesi başlayır.

Bundan əlavə, kartof pəhrizi bir çox mühüm vitamin və mineralların çatışmazlığına yol açır:Vitamin çatışmazlığı: A, E, K, D və B12 vitaminlərinin defisiti yaranır.

Anemiya və sümük zəifliyi: Dəmir və kalsium çatışmazlığı qanazlığına, sümüklərin kövrəkləşməsinə səbəb olur.

Damar problemləri: Diş ətlərinin qanaması, damarların zəifləməsi və bədəndə səbəbsiz göyərmələr meydana çıxır.Mütəxəssis xəbərdarlıq edir ki, belə bir pəhriz sınağından sonra orqanizmin bərpası aylarla vaxt apara bilər və hətta xəstəxana şəraitində müalicə tələb olunar. Sağlam qidalanma üçün səhər yeməyini oyanandan sonrakı bir saat ərzində qəbul etmək və rasionu müxtəlif saxlamaq tövsiyə olunur.İsmayıl

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
demokrat.az

2Mənbələr