AZ

Polşa prezidenti müdafiə nazirini axmaqlıqda suçladı - konflikt

Polşa prezidenti Karol Navrotski jurnalistlərlə görüşdə baş nazirin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamışı axmaqlıqda və işini görməməkdə günahlandırıb.

Musavat.com xəbər verir ki, bu barədə Interia.pl internet portalı Navrotskidən sitat gətirib: "Cənab Kosinyak-Kamış axmaq bir hərəkət edib və öz işini görməyib".

Bu, dövlət başçısının müdafiə nazirinin 28 mayda "prezident vəzifəsi kainatın mərkəzi deyil" və hökumətin bütün gözlənilən beynəlxalq müqavilələr barədə prezidentə əvvəlcədən məlumat vermək məcburiyyətində olmadığı barədə verdiyi açıqlamaya cavabı olub.

Prezidentlə hökumət arasındakı münaqişənin son mərhələsi, Polşa və Böyük Britaniya baş nazirləri Donald Tusk və Keir Starmer tərəfindən 27 mayda imzalanan müdafiə və təhlükəsizlik müqaviləsi ilə başlayıb və Navrotskinin razılaşmanın mətni ilə əvvəlcədən tanış olmadığı bildirilib.

"Hökuməti bir daha məlumatlandırıram: əgər mənim nəyisə imzalamağımı istəyirsinizsə, sənədin məzmunu barədə mənə məlumat verin. Düşünmürəm ki, hansısa bir prezident oxumadığı sənədləri imzalayar", - Navrotski deyib.

Musavat.com

Seçilən
0
10
musavat.com

10Mənbələr