Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı, 29 may, AZƏRTAC
Kənd təsərrüfatı həm ərzaq təhlükəsizliyinin təminatında, həm də ölkənin iqtisadi inkişafında strateji rola malikdir. Statistik göstəricilərə baxsaq, 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsul istehsalı 14.2 milyard manata çatıb. Kənd təsərrüfatı ümumi daxili məhsulda 5.9 faiz, qeyri-neft ümumdaxili məhsulunda isə 8,3 faiz paya malik olub. Kənd təsərrüfatının inkişafı eyni zamanda, məşğulluğun artırılmasına da müsbət təkan verir. Belə ki, əsasən regionlarda məşğulluğun təxminən 50 faizi məhz kənd təsərrüfatı sahəsində təmin olunur. Qeyd etmək lazımdır ki, kənd təsərrüfatı dövlət tərəfindən daim diqqətdə saxlanılır və bu sahənin inkişafına dəstək göstərilir. Təkcə 2025-ci ildə fermerlərə 285 milyon manat əkin subsidiyası ödənilib.
Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videoreportajda izləyə bilərsiniz.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.